Vidal içdiyinə görə cəzalandırıldı

Per Guardiola

"Bavariya"nın futbolçusu Arturo Vidalın son oyunlarda az iştirak etməsi pis davranışı ilə bağlı imiş.

Almaniya mətbuatının yazdığına görə, klubun başq məşqçisi Per Guardiola buna görə onun cəzalandırmaq qərarına gəlib.

Belə ki, çilili futbolçu Qətərdəki təlim-məşq toplanışı zamanı özünü pis aparıb.

Vidal məşq zamanı komandanın düşərgəsini bir neçə dəfə özbaşına tərk edib, sonra isə sərxoş vəziyyətdə qaldıqları otelə dönüb.

Bundan sonra Guardiola onu cəzalandırmaq qərarına gəlib.

Qeyd edək ki, Vidal mövsümün əvvəllərində “Yuventus”dan “Bavariya”ya keçib.