Putin biznesmenlərlə görüşəcək

Arxiv fotosu

-

Fevralın 3-də Rusiya Prezidenti Vladimir Putin ölkənin uğurlu sahibkarlarının üzv olduğu Liderlər Klubuyla görüşəcək. Ölkə iqtisadiyyatı, kiçik və orta sahibkarların problemləri müzakirə olunacaq.

Bu klub 2012-ci ilin fevralında yaradılıb, regionlarda biznes şərtlərini, eləcə də dövlət xidmətlərinin keyfiyyətini dəyərləndirir. Klub Rusiyanın 40-dan çox regionunu əhatələyir.

Qurum hökumət rəsmiləri ilə mütəmadi görüşlər keçirir.