Pentaqon Rusiyaya görə 3,4 milyard istəyir

Ash Carter

Pentaqon Rusiyanın təcavüzünə qarşı 2017-ci il üçün 3,4 milyard vəsait istəyir.

Bunu Pentaqonun rəhbəri Ash Carter fevfralın 2-də bəyan edib.

O qeyd edib ki, biz NATO-dakı müttəfiqlərimizi müdafiə etmək üçün Avropada mövqeimizi möhkəmləndiririk.

Carter qeyd edib ki, bu həm də ABŞ-ın Şərqi Avropada iştirakını artıracaq.

Qeyd edək ki, Rusiyanın təcavüzünə qarşı bu vəsait Pentaqonun 2017-ci ildə nail olmaq istədiyi 582 milyard 700 milyonluq hərbi büdcənin tərkib hissəsidir.

Müdafiə naziri ABŞ ordusunun üzləşdiyi problemlərin Rusiya, Çin, Şimali Koreya,İran və “İslam Dövləti” qrupundan gəldiyini deyib.