“Zika”ya görə fövqəladə toplantı

-

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə toplantı keçirəcək, Zika virusuna görə beynəlxalq fövqəladə durum elan etmək məsələsini götür-qoy edəcək.

Toplantı fevralın 1-də Cenevrədə keçiriləcək, virusun Mərkəzi və Cənubi Amerikada yayılması məsələsi müzakirə olunacaq. Bu virus doğuş qüsurları və nevroloji problemlərlə əlaqələndirilir.

ÜST xəbərdarlıq edir ki, ağcaqanad mənşəli virus “yumşaq təhlükədən narahatlıq törədən həddə irəliləməkdədir”.

Fövqəladə durum elan olunarsa, Zika ciddi qlobal təhdid sayılacaq və ona maliyyə ayrılacaq.

ÜST bildirir ki, gələn il Mərkəzi və Cənubi Amerikada 3-4 milyon yoluxma halı baş verə bilər.

Qurum Qərbi Afrikada Ebola virusunun yayılmasına gec reaksiya verdiyi üçün hazırda fəaliyyəti ciddi nəzarət altındadır.