-
Suriyanın paytaxtı Dəməşq yaxınlığında şiə ziyarətgahında ölənlərin sayı 60-ı keçib. Yanvarın 31-də 2 intiharçının törətdiyi partlayışda 100-dən çox insan yaralanıb. Partlayış Seyyida Zeynəb ziyarətgahında törədilib.
Hücumlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.
Bu arada Cenevrədə BMT-nin vasitəçiliyi ilə Suriya danışıqları keçirilir.
Suriyanın əsas müxalifət qrupu olan Ali Danışıq Komitəsi xəbərdarlıq edib ki, danışıqlara başlamamışdan müsbət dəyişiklik görmək istəyir.
Dəməşq nümayəndə heyətinin rəhbəri Bashar al-Jaafari isə söyləyib ki, bu qrup danışıqlara “ciddi yanaşmır”. BMT-nin xüsusi elçisi Staffan de Mistura hər iki tərəflə ayrılıqda danışıqlar aparıb və bildirib ki, “nikbin və qətiyyətlidir”.