Azı 39 miqrant ölüb

Türkiyə sahillərində miqrant cəsədi, arxiv fotosu

-

Türkiyə polisi insan qaçaqçılığına görə bir nəfəri saxlayıb. Yanvarın 30-da Türkiyə sahillərində batan qayıqda uşaqlar daxil olmaqla, azı 39 miqrant həlak olub. Onlar Yunanıstana keçmək istəyirdilər.

Rəsmilər Ayvacik kurortu yaxınlığında 75 nəfərin xilas olunduğunu bildirir, ancaq batan qayıqda qalanlar ola bilər.

Ölənlərin Əfqanıstan, Suriya və Myanmardan olduğu bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatı təkcə yanvarda Yunanıstana keçməyə çalışan 250-dən çox insanın həlak olduğunu bildirir. Ötən il isə 805 nəfər ölüb.

Ötən il dəniz yoluyla Avropaya 1 milyondan artıq miqrant keçib.

Hazırda Türkiyədə 2.5 milyon suriyalı qaçqın var.