Bakıda, Neftçalada yanğın olub

Arxiv fotosu

-

Yanvarın 31-də Xətai rayonunda ev yanıb. Yanğının yaxınlıqdakı mənzillərə keçməsinin qarşısı alınıb.

Qaradağ rayonunda da birmərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Dam örtüyünün yanar konstruksiyaları və içərisində olan tikinti materialları malları yanıb.

Yanvarın 30-da isə Neftçala rayonu, Kürkənd kəndində isə birmərtəbəli tikili yanıb. Yanğın saat 22:00-da söndürülüb.

Xəbərləri Fövqəladə Hallar Nazirliyi yayıb.