"Yazıçıya öyrənmək nə gərək, o özü başqalarını öyrətməlidir"

Tacik muzeyində yatmış (nirvanaya çatmış) budda

-

 

Rusiyada yeni açılmış "Maya Kuçerskayanın Yaradıcı yazarlıq kursu" haqda tanıtım yazısı belə açılır:

"Rus düşüncəsində iki maksimalist mütləq fikir yaşayır:

Birincisi (ən qədimi) budur ki, yazıçılıq - vergidir, yazıçı isə peyğəmbər. O, ilahi səsi dinləyir, ilahi istedadına arxalanaraq yazır. Ona öyrənmək nə gərək, o özü başqalarını öyrətməlidir.

İkinci, daha yeni fikrə görə, əgər Ədəbiyyat İnstitutu diplomun yoxdursa və hansısa Yazıçılar İttifaqının üzvü deyilsənsə, onda sən heç ədəbiyyat adamı deyilsən, özünü ortalığa atmışın birisən (самозванец)."