Kitab tankı da olur

Müəllifi: Raul Lemesoff

-

Argentinada bir Art ustası yaşayır, onun adı Raul Lemesoff’dur. Raul müharibə tanklarını kitab tanklarına, təkərli kitabxanalara çevirir. Öz militarist kitabxanalarını “Kütləvi Savadlandırma Silahları” adlandırır.

Şəkildə gördüyünüz "tank" 1979-cu ilin Ford Falcon-udur, əvvəllər Argentina Silahlı Qüvvələrinə məxsus olub.

Bu tankla bir zamanlar Buenos Ayresdə hökumət gəncləri, siyasi dissidentləri güllələyib. Onminlərlə tələbə, ziyalı, aktivist həlak olub.

İndi isə Raul onu kitabla yükləyib, Buenos-Ayres küçələri boyunca sürür və qışqırır: Roman var, roman!

Pulsuz paylayır kitabları, bir şərtlə: kitabı alanlar söz versinlər ki, oxuyacaqlar.

Keçən il martda başladığı bu səyahəti indi - qarşıdan gələn, dünyada qeyd olunan Kitab Günlərində bütün Cənubi Amerikada gerçəkləşdirməyə hazırlaşır.

Yüz deməkdənsə, bir görmək yaxşıdır: