Burundidə saxlanan jurnalistlər buraxıldı

Foto arxiv

Burundidə saxlanan fransalı və britaniyalı jurnalist azad edilib.

“Le Monde” qəzetinin iki əməkdaşı polisin paytaxt Bujumburada üsyançılara qarşı keçirdiyi reyd zamanı saxlanmışdılar.

Redaksiya və Fransanın xarici işlər naziri Lourent Fabius bundan əvvəl jurnalistlərin azad edilməsini tələb etmişdilər.

Fransalı jurnalist , Jean-Philippe Rémy “Le Monde” əzetinin Afrika bürosunun rəhbəri, britaniyalı fotojurnalist Philip Edward isə qəzetin ştatdankənar fotomüxbiridir.

Onların ikisi də Tropik Afrika ölkələrindəki münaqişələri işıqlandırdıqlarına görə mükafatlar alıblar.