“AtraBank” səhmdarları toplaşır

-

Fevralın 3-də "AtraBank" səhmdarlarının Müşahidə Şurasının təqdimatı ilə növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə APA-ya bankdan məlumat verilib.

İclasda Mərkəzi Bankın "AtraBank"-ın lisenziyasının ləğvi haqqında qəbul etdiyi qərar müzakirə ediləcək. Həmin qərar yanvarın 27-də verilib.

Manatın ikinci devalvasiyasından sonra bir neçə bank fəaliyyətini dayandırmalı olub.