Gürcüstan məhkəmənin qərarını alqışlayır

Tea Tsulukiani

Gürcüstan Beynəlxalq Cinayət Məhkəməsinin 2008-ci ildə Rusiyanın Gürcüstana hücum eləməsi ilə bağlı istintaqa başlamaq qərarını alqışlayıb.

Söhbət həmin vaxt hərbi cinayətə yol verilməsindən gedir.

Gürcüstanın ədliyyə naziri Tea Tsulukani yanvarın 28-də Tbilisidə keçirdiyi mətbuat konfransında deyib ki, istintaq Gürcüstanın Rusiya və Cənubi Osetiyanın etnik təmizləmə aparmasını sübut etməsinə imkan yaradacaq.

Qeyd edək ki, Rusiya ordusu 2008-ci il avqustun 8-də Cənubi Osetiyaya görə qısa müddətə Gürcüstan ərazisinə soxuldu.

Bundan az sonra isə Moskva Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı.