"Barselona"yarımfinalda

Foto arxiv

İspaniya kubokunda 1/4 finalın daha bir cavab oyunu keçirilib.

"Barselona" öz meydanında Bilbaonun "Atletik" klubunu qəbul edib və rəqibini 3:1 hesabı ilə məğlub edib.

Hesabı qonaqlar açsa da üstünlüyü qoruya bilməyiblər.

12-ci dəqiqədə İnaki Villiams, 53-də Luis Suares, 81-də Jerar Pike, 90-cı dəqiqədə isə Neymar fərqlənib.

“Barselona” səfərdə keçirdiyi ilk oyunda da rəqibini 2:1 hesabı ilə məğlub edib və beləliklə yarımfinala çıxıb.

Qeyd edək ki, Arda Turan xəstə olduğundan bu görüşdə oynamayıb.