İran prezidenti Hassan Rohani ölkəsinin Şərqlə Qərb arasında ticarət əlaqələrinin bərpası üçün əlverişli məkan olduğunu bildirib.
O bunu yanvarın 28-də Parisdə yerli biznes rəhbərləri ilə görüşdə deyib.
O İrana qarşı sanksiyaların ləğvindən sonra ticarət əlaqələrini bərpa etməyə çağırıb.
Fransanın baş naziri Manuel Valls bildirib ki, ölkələr keçmişdə qalan kin-küdurəti unutmalıdır, Fransa İran üçün faydalıdır və Tehran ona arxalana, etibar edəbilər.
Rohani Fransaya yanvarın 27-də İtaliyadan gəlib.
Onun ölkə prezidenti Francois Hollande ilə də görüşü nəzərdə tutulur.
Tərəflər arasında bir sıra ticarət sazişləri imzalanacağı gözlənilir.