Əfqanıstan sülh prosesi müzakirə olunacaq

Foto arxiv

ABŞ, Çin, Əfqanıstan və Pakistan rəsmiləri gələn ay İslamabadda Kabillə Taliban arasında sülh prosesinin bərpasını müzakirə edəcəklər.

Bu barədə yanvarın 28-də Pakistanın xarici işlər nazirliyi xəbər yayıb.

Nazirliyin mətbuat katibi Qazi Khalilullah görüşün fevralın 6-də keçiriləcəyini deyir.

Bu son həftələr 3-cü belə görüş olacaq.

Khalilullah deyib ki, baş nazir Navaz Sharif buna görə yaxın vaxtlarda Qətərə yollanacaq.

Amma o səfərin dəqiq vaxtını deməyib.

Taliban hərəkatı bundan bir gün əvvəl baş siyasi ofisinin Qətərdə yerləşdiyini bəyan edib.

Bundan əvvəl İslamabad və Kabildə aparılan danışıqlar hələ ki, nəticə verməyib.