Yanvarın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gündüz mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.
Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.
Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacaq.
Gecə və səhər yollar buz bağlayacaq.