“Yunanıstan Şengen zonasının xarici sərhədlərində nəzarətlə bağlı üzərinə götürdüyü öhtəlikləri ciddi şəkildə pozub”.
Bunu yanvarın 27-də Reutersə Avropa Komissiyasının sədr müavini Vladis Dombrovsky deyib.
Onun sözlərinə görə söhbət Yunanıstan-Türkiyə sərhədi və ölkənin bir sıra adalarından gedir.
Məlumata görə, komissiyanın əməkdaşları bu ərazilərdə qanunsuz miqrantların qeydiyyatı zamanı pozuntular aşkar ediblər.
Dombrovsky-nin sözlərinə görə,Yunanıstan sərhədçiləri barmaq izlərini sistemə salmır, xarici pasportlar, İnterpol və yerli məlumat bazaları lazımınca yoxlanılmır.
O qeyd edib ki, əgər xüsusi komissiya bu pozuntularla bağlı hesabatı təsdiqləsə, Avropa Komissiyası vəziyyətin yoluna qoyulması ilə bağlı tədbirlər görülməsini məsləhət görəcək.