Fransanın ədliyyə naziri istefa verdi

Christiane Taubira

Fransanın ədliyyə naziri Cristian Tobira (Christiane Taubira) ikili vətəndaşlığı olanların terrçuluq ittihamına görə vətəndaşlıqdan çıxarılması ilə bağlı hökumətin planına etiraz olaraq istefa verib.

Prezident Francois Hollande ötən il noyabrın 13-də Parisdə törədilən terror aktlarından sonra ölkədə belə bir qərar qəbul edilməsini təklif edib.

Əslən Qvianadan olan 63 yaşlı nazir Sissialist partiyasının üzvüdür.

O və bir çox tərəfdarları hökumətin bu planına qarşı çıxır və bunu ayrı-seçkilik hesab edirlər.

Paris hücumlarında 130 nəfər ölüb.

Bu hücuma görə cavabdehliyi “İslamDövləti” qrupu üzərinə götürüb.