Mirşahin daha 2 işdə MTRŞ-ni uddu

Mirşahin

-

Yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsində ANS-in Milli Teleradio Şurasına qarşı iki şikayətinə baxılıb. Məhkəmə birinci instansiya məhkəməsinin ANS-in əleyhinə çıxardığı hər iki qərarı ləğv edib.

ANS-in baş direktoru Mirşahin Ağayev 2015-ci ilin oktyabrında Səbayel Rayon Məhkəməsində iddia qaldıraraq Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin teleşirkətə xəbərdarlıq edilməsi və cərimələnməsini nəzərdə tutan 5 oktyabr tarixli qərarlarının ləğv olunmasını tələb etmişdi. Ancaq rayon məhkəməsi hər iki iddianı rədd etmişdi. Bakı Apellyasiya Məhkəməsi həmin qərarlardan verilən apellyasiya şikayətlərinə baxıb.

Şikayətlərə məhkəmənin hakimləri Faiq Qasımov və Mirzəli Abbasov baxıb. Hər iki hakim apellyasiya şikayəti qismən təmin edərək rayon məhkəməsinin qərarını ləğv edib. Hər iki işə birinci instansiya məhkəməsi yenidən baxacaq.