«Nabat» yenə mükafat aldı

Filmdən kadr

-

Elçin Musaoğlunun «Nabat» filmi Banqladeşdə keçirilən 14-cü Dəkkə Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, film festivalın əsas müsabiqə proqramında yer alıb.

«Nabat»ın yaradıcı heyəti filmin nümayişində və təltifetmə mərasimində iştirak edib.

«Nabat» filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında 2014-cü ildə lentə alınıb.

Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.