İstanbul-Bakı reysi təxirə düşdü

«Türkiyə Hava Yolları»

-

«Türkiyə Hava Yolları» əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 28-dəki bir çox reysini təxirə salıb. Onların arasında yanvarın 28-i, saat 08.15-dəki İstanbul-Bakı reysi də var.

Bu barədə şirkət məlumat yayıb.

İstanbul-Bakı və Bakı-İstanbul reysləri üzrə bütün digər uçuşlar müvafiq cədvəl üzrə qüvvədə qalıb.

Yanvarın 26-da da İstanbul-Bakı reyslərindən bir uçuş təxirə salınmışdı.

Şirkət müştərilərə əlverişsiz hava səbəbi üzündən təxirə salınan reyslərə alınan biletlərin tarixini əlavə ödəniş etmədən dəyişdirmək imkanı yaradıb.