Ban İsraili tənqid edir

Qərb sahil, arxiv fotosu

-

BMT-nin baş katibi Ban Ki-moon İsraili İordan çayının qərb sahilində yəhudi məntəqələrini genişləndirmək planına görə tənqid edib. O, bu fəaliyyəti “Fələstin xalqının və beynəlxalq ictimaiyyətin təhqiri” adlandırıb.

Ban yanvarın 26-da BMT Təhlükəsizlik Şurasının iclasında danışıb, deyib ki, İsrail və fələstinlilər arasında sülh naminə İsrail Qərb sahildə yaşayış məntəqələrinin tikintisini dondurmalıdır.

Bir həftə öncə İsrail ərazidə daha 150 hektarda yəhudi qəsəbələrinin salınmasına qərar verib.

İsrail Baş naziri Benjamin Netanyahu Ban-ın dediklərinə qəzəbli reaksiya verib, bu sözlərin “terrorçuluğa qol-qanad verdiyini” söyləyib.