Avtobus piyadanı vurub

-

Yanvarın 27-də Abşeronda sərnişin avtobusu yolu keçmək istəyən vətəndaşı vurub.

APA informasiya agentliyi xəbər verir ki, ağır yaralanan piyada xəstəxanaya aparılarkən yolda vəfat edib.

Hazırda dünyasını dəyişən qadın piyadanın kimliyi polis əməkdaşları tərəfindən müəyyənləşdirilir. Hadisəni törədən 110 saylı marşrut avtobusunun sürücüsünü polis saxlayıb. O, ifadəsində yolun qaranlıq olması səbəbindən qarşısına çıxan piyadanı görmədiyini bildirib. Avtobus cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.