BMT Suriya görüşünə dəvətlər göndərib

Staffan de Mistura

BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura cümə günü Cenevrdə Suriya ilə bağlı keçiriləcək görüş iştirakçılarına dəvət göndərib.

O bundan bir gün əvvəl-yanvarın 25-də bildirmişdi ki, danışıqlarda Suriya hökuməti, müxalifət qrupları, vətəndaş cəmiyyəti və qadın təşkilatlarının nümayəndələrini görmək istəyir.

Amma bu görüşə kimlərin dəvət edildiyi hələlik açıqlanmır.

Onun mətbuat xidmətindən Associated Press agentliyinə bildirilib ki, dəvətə cavab gəlməyincə iştirakçıların sayı və adları açıqlanmayacaq.

Bu görüş ilk olaraq yanvarın 26-a nəzərdə tutulsa da fikir ayrılıqlarına görə 29-a keçirildi.

Cenevrə görüşündə məqsəd Suriya münaqişəsinin siyasi həlli yollarını tapmaqdır.

5 illik bu müharibədə 250 mindən çox adam ölüb.