Xarkovda qripə görə bütün məktəblər bağlandı

Foto arxiv

Ukraynanın Xarkov şəhərində qripə görə bütün məktəblər bağlanıb.

Şəhər meriyası yanvarın 26-da məktəblərin q eyri-müəyyən vaxtadək bağlı qaıacağını bildirib.

Ukraynanın səhiyyə naziri Aleksandr Kvitashvili bu arada ölkədə 83 nəfərin qripdən ölməsini təsdiqləyib.

Amma o bunun donuz qripi olub-olmamasına aydınlıq gətirməyib.

Nazirin sözlərinə görə yanvarın 1-dən bu yana təxminən 2 milyon 600 min nəfər qrip və soyuqlamadan xəstəxanalara müraciət edib.

Qeyd edək ki, bundan əvvəl Ukraynada donuz qripi-H1N1 virusundan ölənlər bardə məlumat verilmişdi.