2 partlayışda 22 nəfər öldü

Foto arxiv

Suriyanın Homs şəhərində törədilən iki partlayışda azı 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Məlumatı yanvarın 26-da Suriyanın dövlət televiziyası yayıb.

Bu şəhər hökumət qüvvələrinin nəzarətindədir.

Homsun qubernatoru birinci partlayışın minlanamış maşınla törədildiyini və hədəfin nəzarət-buraxılış məntəqəsi olduğunu deyir.

İkinci partlayışı isə ölümə gedən intiharçı törədib.

Livan televiziyası ətrafdalı mağaza və evlərə ciddi ziyan dəydiyini xəbər verir.

Homs Suriyanın 3-cü böyük və 2012-ci ildə hökumətə qarşı ilk qiyam qaldırılan şəhərlərdən biridir.

Amma şoradan yaraqlıların çoxu şəhərdən çıxarıldı.