Avropa Birliyi ekstremizmlə mübarizəni koordinasiya eləmək üçün yeni hüquq-mühavizə mərkəzi yaradıb.
Avropol çərçivəsində yaradılan terrorçuluqla mübarizə mərkəzi yanvarın 25-də açılıb.
Avropolun direktoru Rob Ueynvrayt (Rob Rob Wainwright) bildirib ki, Haaqadakı bu bölmədə terrorçuluqla mübarizə sahəsində 40-50 ekspert çalışacaq.
Məqsəd terrorçuluqla bağlı araşdırmalarda Avropa Birliyi ölkələrinə kömək göstərmək, kəşfiyyat məlumatlarının mübadiləsi, xarici yaraqlıların güdülməsi, qanunsuz maliyyə və silah mənbələrinin aşakarlanması və s daxildir.
Rob bildirib ki, İraq və Suriyadakı ekstremist qrupların tərəfindən vuruşan 5 mindən çox Avropa Birliyi vətəndaşı var və onların çoxu evlərinə dönüb.
O qeyd edib ki, Avropadakı mövcud təhlükələr güclü cavab tələb edir.