Keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosian ABŞ-da bağırsaq xərçəngindən əməliyyat olunub.
Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.
Petrosianın ofisindın verilən məlumata görə,əməliyyat yanvarın 15-də Kaliforniya ştatındakı “Glendale Memorial” xəstəxanasında keçirilib.
Ofisin məlumatına görə, Petrosian yanvarın 24-də xəstəxanadan buraxılıb və hazırda ABŞ-da istirahət edir.
1991-1998-ci illərdə prezident olan Petrosian hazırda müxalifətdə olan “Ermənistan milli konqresi” nin rəhbəridir.
O 2008-ci ildə prezidentlik uğrunda mübarizə aparsa da seçilə bilməyib.
2013-cü ildə isə yaşına görə namizədliyini geri çəkməli olub.