Rubl yenə düşür

Foto arxiv

Rusiya Rublu ABŞ dollarına nisbətdə yenidən düşür.

Yanvarın 25-də Moskva birjasında 1 dollar 78,8, Avro isə 85 rubl olub.

Buna səbəb Brend Markalı neftin barelinin yenidən 31 dollara düşməsi olub.

Qeyd edək ki, ötən həftənin əvvəllərində 1 ABŞ dolları təxminən 86 rubla qalxmışdı ki, bu 1997-1998 illərdən bu yana ən pis göstərici idi.

Amma rubl son iki gün idi ki, dollara nisbətdə möhkəmlənirdi.

Buna səbəb dünya bazarında neftin bahalaşması idi.

Yanvarın 25-də Brend markalı neftin bareli ilk saatlarda 32 dollar civarında idi.

Rusiyalı analitik Anton Startsev rublun qalxmasını neft bazarındakı vəziyyət və Rusiyaya qarşı sanksiyaların götürülməsinin mümkünlüyü barədə məlumatlarla əlaqələndirirdi.