Daha bir cüdoçu medal qazandı  

Arxiv fotosu

-

Kubanın paytaxtı Havanada cüdo üzrə Gran-Pri yarışları sona çatıb. 

100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov bürünc medal qazanıb. Ondan əvvəl dünya reytinqində lider olan Azərbaycan cüdoçusu Rüstəm Orucov Havana Gran-prisinin qızıl medalını qazanmışdı.

Havana Gran-prisini Azərbaycan milli komandası 1 qızıl və 2 bürünc medulla başa vurub.

Xəbəri Cüdo Federasiyası yayıb.