Qar Gədəbəyin yollarını bağlayıb

Arxiv foto

-

Yanvarın 24-də gecədən başlayaraq Gədəbəyə yağan güclü qar kənd yollarını bağlayıb.
Bu haqda AzadlıqRadiosusn rayon sakini Təhmiraz Əliyev məlumat verib.

Sakinlər kəndlərin rayon mərkəzi ilə yolunun bağlı olduğunu, kəndlərdə işıq-qaz problemlərinin olduğunu bildirib.

Rayonun yüksəklikdə yerləşən bölgələrinə 40 sm-dən çox qar yağıb. Yolları qar basdığından maşınlar hərəkət eləyə bilmir.