Mir Şahin xəstəxanaya yerləşdirilib

Mir Şahin Ağayev

-

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev yanvarın 23-də xəstəxanaya aparılıb.

femida.az xəbər verir ki, Mir Şahin işdə özünü pis hiss edib və o, ürək tutması şikayəti ilə təcili xəstəxanaya çatdırılıb.

Son zamanlar ANS ilə Milli Televiziya və Radio Şurası arasında qarşıdurma yaranıb. Şura bir gün öncə Mir Şahinin aparıcısı olduğu «Hesabat» verilişinin dayandırılması haqqında qərar çıxarmışdı. Yanvarın 23-də isə qərarın icrası ertələnib.