ABŞ Suriyada quru qoşunlarını işə sala bilər

Ash Carter

ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya “İslam Dövləti” qrupu ilə mübarizədə quru qoşunlarından istifadə etməyə hazırlaşır.

Bunu yanvarın 22-də ABŞ-ın müdafiə naziri Ash Carter Davosda keçirilən beynəlxalq forumda bəyan edib.

O bildirib ki, məqsəd yaraqlıları İraqın Mosul və Suriyanın Raqqa şəhərindən çıxarmaqdır.

Carter qeyd edib ki, ekstremistləri mümkün qədər tez bu şəhərlərdən çıxarmaq lazımdır.

Pentaqon rəhbəri deyib ki, regiondakı hərbi heyəti gücləndirmək üçün ora əlavə hərbi hissələr göndərilə bilər.

Amma o qeyd edib ki, yerli qüvvələrin səfərbərliyi strategiyanın bir hissəsidir.

Hazırda İraq və Suriyanın bir sıra bölgələri “İslam Dövləti” qrupunun nəzarətindədir.