ABŞ BMT-yə dəstəyini artırmağa çalışır

John Kerry

ABŞ 2016-cı ildə BMT-nin humanitar əməliyyatlarının maliyyələşdirilməsinin 30 faiz artırılmasına çalışır.

ABŞ Dövlət Katibi John Kerry yanvarın 22-də Davosda keçirilən iqtisadi forumda çıxış edərkən bu məsələnin beenəlxalq miqrant problemi ilə bağlı gələn ilin sentyabrında BMT-nin sammitinə çıxarılacağını deyib.

Sammit BMT Baş Assambleyasının sesiyası çərçivəsində keçiriləcək.

Kerry həmçinin qeyd edib ki, sammitdə BMT-nin humanitar fonduna donorluq edən ölkələrin 10-a çatdırılması müzakirə ediləcək.