-
Mərkəzi Bank yanvarın 22-də növbəti valyuta hərracı keçirib. Bu haqda bankın saytı xəbər verir.
Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 29 bank tərəfindən məcmu tələb 98,217 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz nisbətində təmin olunub.