Kadyrov-a dəstək mitinqi keçirilib

Qroznıda nümayiş, 22 yanvar, 2016-cı il

-

Çeçenistan paytaxtı Qroznıda respublika lideri Ramzan Kadyrov-a böyük dəstək nümayişi keçirilib.

Çeçenistan Daxili İşlər Nazirliyi yürüşdə 1 milyonadək insanın iştirak etdiyini bildirir. Onlar Rusiya prezidenti Vladimir Putin və Kadyrov-un siyasətini dəstəkləyən plakatlar tutublar.

Bu həftənin əvvəlində yayılan məlumatlara görə, dövlət sektorunda çalışanlara həmin yürüşə getmək üçün təzyiqlər göstərilib.

Bəzi plakatlarda Puin-in tənqidçiləri, müxalifət fəalları “satqınlar”, “beşinci kolon”, “Rusiyaya üzqarası” adlandırılıb.

Təxminən 10 gün öncə Kadyrov oxşar ittihamlar səsləndirmişdi.

İnsan haqları təşkilatları onu kütləvi insan haqları pozuntularında ittiham edir.