Aksiyaçıların tələbi yerinə yetirildi

Aksiya - 21 yanvar 2016

-
Yanvarın 21-də Babək prospektində yerləşən, avtomobil ehtiyat hissələri satılan bazarda bir qrup sahibkar aksiya keçirib.

Onlar icarə haqqının azaldılmasını tələb edib.

Sahibkarlar manatın yarıbayarı ucuzlaşmasından sonra alıcıların və gəlirlərinin azaldığını bildiriblər.

Elə bu gün bazar rəhbərliyi icarə haqlarını 10 faiz azaldıb.

Bu haqda AzadlıqRadiosuna aksiyaçılar məlumat verib.

Eyni tələblə yanvarın 19-da da etiraz aksiyası olmuşdu.