Moldova parlamenti hökuməti təsdiqlədi

Pavel Filip

Moldopa parlamenti Pavel Filipin rəhbərlik edəcəyi yeni hökuməti təsdiqləyib.

Avropapərəst hökumətin təsdiqi aylardı ki, davam edən siyasi böhrana son qoydu.

Parlamentdəki 101 deputatdan 57-si yanvarın 20-dəyeni həkumətin lehinə səs verib.

49 yaşlı Filiö hakim Demokrat partiyasının üzvüdür.

Filip 2011-ci ildən bu yana müxtəlif hökumətlərdə telekommunikasiya naziri işləyib.

Keçmiş Moldova hökuməti ötən ilin oktyabrında korrupsiya qalmaqalına görə buraxıldıqdan sonra ölkədə dərin siyasi böhran yaşanırdı.

Səsvermə vaxtı binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Binanın ətrafına toplaşan aksiyaçılar vaxtındanəvvəl parlament seçkisi keçirilməsini tələb ediblər.

Bu aksiyanı rusiyapərəst müxalifət qrupu təşkil edib, amma ona avropapərəstlər də qoşulub.