Rusiyanın Uzaq Şərqdəki yəhudi muxtariyyətinin qubernatoru Aleksandr Levintal Avropada antisemitizmlə üzləşən yəhudiləri qəbul etməyə hazır olduqlarını deyir.
O ilk rəsmi yəhudi dövlətçiliyinin məhz bu regionda yaradıldığını bildirib.
Qeyd edək ki, prezident Vladimir Putin bundan bir gün əvvəl yəhudiləri Rusiyaya dönməyə çağırıb.
Putin yanvarın 19-da Moskvada Avropa yəhudiləri konqresinin rəhbəri Moshe Kantorla görüşdə deyib ki, avropalı yəhudilərin milli geyimdə gəzməkdən qorması barədə məlumatlar dolaşır:” Onlar bizə gələ bilərlər, Onlar Sovet İttifaqını tərk ediblər.Qoy qayıtsınlar”.
Rusiyadakı yəhudi muxtariyyəti 1934-cü ildə cənub-şərqi Sibirdə Sovet hökuməti tərəfindən yaradılıb.
Bu ərazi Çinlə sərhəddə yerləşir.
1948-ci ildə orda 30 min yəhudi var idi ki, bu region əhalisinin ¼-i demək idi.
2010-cu ildə isə 180 minlik regionda təxminən 160 min yəhudi qalmışdı.