ATƏT PA-nın sədri gəlir

Ilkka Kanerva

-

ATƏT Parlament Assambleyasının sədri Ilkka Kanerva yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.

APA xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

«Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq», - Bahar Muradova deyib.