Davos forumu başlanır

ABŞ Dövlət katibi John Kerry Davos forumunda, 2015-ci il

-

Yanvarın 20-də İsveçrədə Davos İqtisadi Forumu başlanır.

Forumun direktoru Philip Resler Reuters agentliyinə deyib ki, əsas mövzular klassik sənaye ilə rəqəmsal texnologiyanın birləşdirilməsini nəzərdə tutan dördüncü sənaye inqilabı, təxirəsalınmaz humanitar problemlərin həlli, qaçqınlara yardım, miqrantların kütləvi axınının səbəbləri olacaq.

Ümumdünya iqtisadi forumunda dünyanın müxtəlif ölkələrindən minə yaxın şirkət və təşkilat iştirak edir. Aparıcı biznesmenlər, siyasətçilər, ictimai xadimlər də tədbirə qatılır.

Azərbaycan Prezidenti İlham Əliyevin də forumda iştirakı gözlənir.