“Levinson daha İranda deyil”

Robert Levinson

-

Ağ Ev bildirir ki, Federal Təhqiqatlar Bürosunun (FBI) istefada olan agenti sağdır, ancaq daha İranda deyil. Onun 8 il öncə itkin düşəndən bəri İranda saxlandığı güman edilirdi.

Yanvarın 19-da Ağ Evin sözçüsü Josh Earnest Robert Levinson-un ailəsinin tənqidinə cavab verib. Levinson 2007-ci ildə İrana biznes səfəri zamanı itkin düşüb.

Yanvarın 16-da Tehrana beynəlxalq sanksiyalar qaldırılıb və İranla Birləşmiş Ştatlar məhbus mübadiləsi aparıb. Beş amerikalı azad olunub, ABŞ isə 7 iranlını azad edib.