-
Yanvarın 20-nə keçən gecə Bakıda tibb müəssisəsində yanğın baş verib.
Yasamal rayonunda yerləşən yanğın binanın 1-ci mərtəbəsində ümumi sahəsi 8 kv.m. olan rentgen otağında baş verib.
Hadisə yerinə yanğınsöndürənlər gəlib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Olayın baş vermə səbəbləri araşdırılır.