Abxaziyadan da Türkiyəyə qarşı sanksiyalar

Artur Mikvabia

Gürcüstanın separatçı bölgəsi Abxaziya Türkiyədən müəyyən məhsulların gətirilməsini qadağan edib.

Rusiya KİV-lərinin məlumatına görə, separatçı regionun baş naziri Artur Mikvabianın verdiyi qərar 2016-cı il martın 1-dən qüvvəyə minəcək.

Söhbət balıq, balıq məhsulları, kartof, tomat, soğan, kələm və xiyardan gedir.

Meyvələrə gəldikdə isə qadağa sitrus, üzüm, qarpız,alma,armud, heyva, şəftəli, kilənar, gilas. ərik və gavalıya iddir.

Amma bu qadağanın qarşılıqlı şəkildə şəxsi istifadəyə aid olmadığı bildirilir.

Abxaziya gömrük idarəsinin məlumatına görə, ayrı-qyrı şəxslər 50 kiloqramdadək ərzaq məhsulları daşıya bilərlər.

Qeyd edək ki, Abxaziya ötən həftə Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara qoşulub.

Separatçı hökumət bunun onlara mənfi təsir göstərəcəyini bildirir, amma bunun Abxaziya ilə Rusiya arasındakı ittifaq və strateji tərəfdaşlıq müqaviləsindən irəli gəldiyini deyir.