Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb.
Yanvarın 19-da imzalanan sərəncama əsasən bu sahədə işləyən işçilərin aylıq maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10% artırılır.