Modric "Real"dan getməyəcəyini deyir

Luka Modric

Madridin “Real" klubunu yarımmüdafiəçisi Luka Modric "Bavariya"ya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Xorvatiyalı futbolçu yerli mətbuata açıqlamasında Madrid klubundan ayrılmaq istəmədiyini bildirib.

O mətbuatda "Bavariya"ya transfer olunacağı ilə bağlı yayılmış xəbərlərin yalan olduğunu deyib:

“Bavariya”nın gələcək məşqçisi Carlo Ancelotti ilə "Real"da çox yaxşı münasibətimiz var idi, onunla hələ də görüşürəm. Amma "Bavariya"ya transferimlə bağlı elə bir söhbətimiz olmayıb. "Real"la 2018-ci ilə qədər müqaviləm var. Müqavilə başa çatdıqdan sonra da burada qalmaq istəyirəm”, deyə bildirib.

Qeyd edək ki, Modric "Real"a 2012-ci ildə "Tottenhem"dən keçib.