-
Mərakeş rəsmiləri bildirir ki, ötən noyabrda Parisdəki terror hücumları ilə əlaqədar Mərakeş kökənli Belçika vətəndaşı saxlanıb.
Daxili İşlər Nazirliyi şübhəlinin yanvarın 15-də, Kasablanka yaxınlığında saxlandığını, onun Paris hücumçularından “bəziləri ilə birbaşa əlaqələri” olduğunu bildirir. Həmin şəxsin İslam Dövləti (İD) silahlı qruplaşmasına qoşulmaq məqsədilə Suriyaya getdiyi açıqlanır.
Noyabrın 13-də Parisdə bir neçə yerdə törədilmiş hücumlarda 130 nəfər öldürülüb, 350-dən çox insan yaralanıb.
Hücumlara görə məsuliyyəti İD silahlı qruplaşması üzərinə götürüb.