Almaniyada 5 şübhəli saxlanıb

Almaniyada etiraz aksiyası, 11 yanvar, 2016-cı il

-

Alman polisi Koln hadisələrinə görə 5 şübhəlini saxlayıb. Yeni İl gecəsi Köln şəhərində qadınlar miqrantların cinsi təcavüzünə məruz qalıblar.

Müstəntiqlərin sözlərinə görə, 26 yaşlı əlcəzairli bir qadını izləyib onun mobil telefonunu oğurlamaqda ittiham olunur. Daha 2 nəfər də Əlcəzairdən gəlib, oğurluq ittihamıyla saxlanıb.

500-dək qadın cinsi təcavüzə məruz qaldığını iddia edir. 3 nəfər zorlandığını bildirir. Yüzlərlə qadın isə qarət olunub. Bu hücumlar Köln dəmiryol vağzalı yaxınlığında baş verib.

Bundan sonra Almaniyada miqrantların inteqrasiyası məsələsi ciddi müzakirələr doğurub.