İndiyədək “donuz qripi” şübhəsi ilə 50-dən çox adamdan qan nümunəsi götürülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hələlik yoluxma halı aşkar edilməyib.
Amma zəruri tədbirlər görülüb: “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb".
Məlumata görə ötən il dekabrın 8-dən İranda "donuz qripi"nin yayılması ilə əlaqədar ölkədə bu xəstəliyə qarşı profilaktik tədbirlər görülür.