ABŞ-da yaşayan Azərbaycanlı boksçu Emil İsrafilbəyov vəfat edib.
Bu barədə Qol.Az-a mərhumun yaxınları məlumat verib.
"Emil Baku" ləqəbli idmançı beyin xərçəngindən əziyyət çəkirdi.
Qeyd edək ki, 1972-ci ildə Bakıda doğulan Emil və qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər.
Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçib.
Allah rəhmət eləsin!